“Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən peşəkarların itkisinə aparır" “Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən peşəkarların itkisinə aparır"

Tünzalə dözmədi - TƏBİB-ə qarşı üsyan etdi

“Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən peşəkarların itkisinə aparır"

Xalq artisti Tünzalə Ağayeva pandemiya səbəbindən mövcud karantin qadağaları ilə bağlı TƏBİB-ə müraciət edib.

AzNews.az xəbər verir ki, Xalq artsiti sosial şəbəkədə mədəniyyət və incəsənət sahəsinə qarşı davam edən qadağalara üsyan edib: “Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət , incəsənət sahəsinə qarşı qadağalar davam edəcək?!

Nəzərinizə çatdırım ki, təəssüf ki, əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək və bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu, çox təəssüf. Digərləri də param-parça vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir”.

Tünzalə Ağayeva qeyd edib ki, başqa ölkələrdə musiqiçi, artist kimi məhşurlaşmaq, çox yaxşı qazanmaq deməkdir - albom, konsert satışı , internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır. Azərbaycanda isə bunların heç biri yoxdur:

“Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir , bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur hələlik , təəssüf. Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri , istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamilə 100 faiz durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır".