- Mədəni adam
- 29 Yanvar 2021 13:48
- 12 647
Rəmişin xanımı Mehriban Əliyevaya təşəkkür etdi
Həkimlər hər dəqiqə bizə məlumat verirlər
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
AzNews.az xəbər vrir ki, Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, R.Hüseynov hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:
“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, Rəmişin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
