Bu haqda serialı çəkən şirkət qərar verir Bu haqda serialı çəkən şirkət qərar verir

"Güllü Erhan" Bakıda!- ''Kurtlar Vadisi-Şuşa" çəkilir?

Bu haqda serialı çəkən şirkət qərar verir

Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib. Musavat.com xəbər verir ki, Erhan Ufaq media nümayəndələrinin suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik. Əlavə olaraq, AzNews.az bildirir ki, Erhan Ufaq Bakıda "Kurtlar Vadisi-Şuşa" filminin çəkilməsi üçün də danışıqlar aparacaq.

- Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?

- Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq. Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram.

- Sizin yaradıcılığınızda "Kurtlar Vadisi" serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

- "Kurtlar Vadisi" serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir.

- "Kurtlar Vadisi" serialının davamı olaraq "Kurtlar Vadisi Xaos"un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?

- Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur.

- "Kurtlar Vadisi Xaos" serialı çəkilən zaman layihədə yer alacaqsınızmı?

- Serial çəkiləcəksə, layihədə yer alacam.

- Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?

- Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.

- 14 il "Kurtlar Vadisi" serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?

- 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.

- Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb...

- Bunun da müddəti var. Bəlli bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. İnsanların xüsusi marağına səbəb olan seriallar çəkilir. Həmin layihə tutduqdan sonra davamı çəkilir.

- Türkiyədə "Netflix" sosial platforması üstünlük təşkil edir. Sizə televiziya yoxsa sosial platformada yer almaq daha asandır?

- Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.

- Sizi Azərəbaycanda "Kurtlar Vadisi" serialının Güllü Erhanı kimi tanıyırlar.
Ölkəmizdə reaksiyalar necədir?

- Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhandır. Ona görə də hər hansı çətinliyim yoxdur.

- Türkiyənin tanınmış şirkəti olan "Osman Sınav" Qarabağla bağlı film çəkəcək.

- Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah film çəkərlər. Çox gözəl bir layihədir.

- Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?

- Təbii ki, böyük mənuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim.

- Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

- Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.