Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müxtəlif təkliflərin olduğunu söyləyib Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müxtəlif təkliflərin olduğunu söyləyib

Bəstəkar Tofiq Quliyevin heykəli harada qoyulacaq? - Eldar Əzizov açıqladı

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müxtəlif təkliflərin olduğunu söyləyib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəstəkar Tofiq Quliyevin heykəlinin harada qoyulacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Aznews.az xəbər verir ki, Eldar Əzizov açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı və tapşırığına əsasən bu istiqamətdə iş gedir.

"Tofiq Quliyevin heykəlinin harada qoyulacağı məsələsinə baxılır. Müxtəlif təkliflər var. Qərar qəbul olunandan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə Eldar Əzizov qeyd edib.