- Mədəni adam
- 17 İyun 2021 18:51
- 14 319
AYB-nin birinci katibi vəzifəsi Çingiz Abdullayevə həvalə olunub

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.
Aznews.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.
O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.
Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.
Qeyd edək ki, xəbəri ilk olaraq Kulis.az saytı yayıb.