Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Nazirlik fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.

“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.

Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.