“Dənizçilərimiz Vətən müharibəsində” “Dənizçilərimiz Vətən müharibəsində”

Faiq Balabəylinin yeni kitabı işıq üzü görüb

“Dənizçilərimiz Vətən müharibəsində”

Tanınmış şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.

Bu haqda AzNews.az-a müəllif özü məlumat verib.

O bildirib ki, 320 səhifəlik kitab “DSD” İB-nin lahiyəsi olaraq 2.000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.

Qeyd edək ki, kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.