Mədəniyyət Nazirliyi açıqlama verdi Mədəniyyət Nazirliyi açıqlama verdi

"Müşfiq Abbasovun komandasının bizimlə heç bir əlaqəsi yoxdur"

Mədəniyyət Nazirliyi açıqlama verdi

Mədəniyyət Nazirliyi Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı yaşanan qalmaqalla bağlı açıqlama verib.

Nazirliyin Media ilə iş sektorunun müdiri Türkan Cəfərova Missiya.Az-a açıqlamasında bildirib ki, Nazirliyə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb.

“Bildirmək istərdik ki, Mədəniyyət adı hallanan klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - açıqlamada bildirilib.

Qeyd edək ki, KVN komandasının bu addımı böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri komanda rəhbərliyinin ermənilərin tələbi ilə adın dəyişdirilməsinə etiraz edirlər.