UNESCO Azərbaycanın qeyri-maddi irs siyahısına təqdim etdiyi nominasiyaları müsbət qiymətləndirib

Mədəniyyət Nazirliyi bu il UNESCO-nun qeyri-maddi irs siyahısına salınmaq üçün 4 fərqli nominasiya təqdim edib.

Bu nominasiyalar aşağıdakılardır: "Pəhləvanlıq və ənənəvi zorxana idman növü", "Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi", "Baramaçılıq, ipəkçilik, toxuculuq üçün ənənəvi ipək istehsalı", "Çay mədəniyyəti milli kimliyin, sosial təmasın simvolu kimi".

Ads by

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Aznews.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, təqdim olunan nominasiyalar qiymətləndirmə komissiyası tərəfindən artıq müsbət qiymətləndirilib: "Bir il ərzində 4 fərqli nominasiyanın təqdim olunması ölkəmiz tarixində bir ilkdir. Noyabrın sonunda sözügedən nominasiyalar haqqında yekun rəy təqdim ediləcək".

Nazirlik həmçinin gələn il üçün Türkiyə ilə birgə balaban alətini də irs siyahısına salınmaq üçün təqdim olunacağının nəzərdə tutulduğunu qeyd edib: "Balaban aləti çoxmillətli nominasiya üzrə təqdim olunacaq".