Vaqif Mustafayev: Ömrü kinoya həsr etməyə dəyərmiş

"Mən bugünkü tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun içində olmağa, ömrümü kinoya həsr eləməyimə dəyərmiş".

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev 70 illik yubileyi münasibətilə keçirilən gecədə deyib.

"Filmlərimdə Qarabağın azad olunmasına dair ştrixlər hələ 90-cı illərdən olub. Bu gün isə artıq bu məsələ öz həllini tapıb", - rejissor əlavə edib.