Sarı gəlin"in sorağında" sənədli filminin təqdimatı keçirilib

"Nizami" Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilmiş "Sarı gəlin"in sorağında" tammetrajlı sənədli filminin və western-azerbaijan.az saytının təqdimatı keçirilib.

Aznews.az xəbər verir ki, təqdimatda ölkənin mədəni-ictimai və siyasi xadimləri, tanınmış kino adamları və media mənsubları iştirak edib.

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu çəkiliş prosesindən və ümumi ideyadan danışıb.

Müəllif bədii çəkilişlərin İsmayıllı, digər çəkilişlərin isə Qərbi Azərbaycanla sərhəd rayonlarda aparıldığını deyib.

Filmdə həmçinin 30-cu illərə dair arxivlərin açılması, Moskvadan əldə edilməsi maraqlı nüanslardan biridir.

"Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.

Film ingilis və erməni dillərində də yayımlanacaq.

Qeyd edək ki, film və sayt "Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsi əsasında ərsəyə gəlib.

Layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə həyata keçirilib.

0

Reklamınızı SmartBee ilə effektiv edin.