Salyan rayonunda ağır yol qəzası baş verib. Salyan rayonunda ağır yol qəzası baş verib.
  • Mahal
  • 13 Noyabr 2018 11:29
  •  1 329

Salyanda ağır qəza - Ölən var

Salyan rayonunda ağır yol qəzası baş verib.

Salyan rayonunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az