Azər İsmayılov velosipedlə çörək almağa gedərkən onu avtomobil vurub Azər İsmayılov velosipedlə çörək almağa gedərkən onu avtomobil vurub
  • Mahal
  • 17 Noyabr 2018 21:28
  •  1 129

53 yaşlı velosipedçini maşın vurdu

Azər İsmayılov velosipedlə çörək almağa gedərkən onu avtomobil vurub

Bu gün axşam saatlarında Salyan şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ələt-Astara avtomobil yolunun Salyan şəhərində yerləşən “Ay işığı “ marketinin qarşısından keçən 59-cu km-də Salyan şəhərinin 20 Yanvar küçəsinin sakini, 1965-ci ildə anadan olmuş Azər İsmayıl oğlu İsmayılov velosipedlə çörək almağa gedərkən onu Salyan şəhər sakininin idarə etdiyi avtomobil vurub. Xəsarət almış velosipedçi baş-beyin silkələnməsi diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(virtualaz.org)

AzNews.az