- Mahal
- 4 Dekabr 2018 12:34
- 3 610
Gəncədə hazırlıq kursları təşkil ediləcək - yeni təhsil proqramları üzrə
Kurslar dekabrın 8-də saat 13:00-da, dekabrın 9-da saat 9:00-da baş tutacaq
Gəncə şəhərində yeni təhsil proqramları üzrə hazırlıq kursları təşkil ediləcək
DİM Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.
AzNews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 8 dekabr 2018-ci il tarixdə saat 13:00-da, 9 dekabr 2018-ci il tarixdə saat 9:00-da Gəncə şəhərində (İ. Məmmədov adına 27 №-li məktəb-lisey) Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, fizika, kimya, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.
Səidə Nurməmmədli
AzNews.az