Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 15 Yanvar 2019 14:53
  •  1 251

Salyanda ağır qəza - 4 nəfər...

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı avtomobilin qarşıda gedən “KamAZ” markalı avtomobilin arxasına çırpılıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 2000-ci il təvəllüdlü Ağazadə Zahid Rahib oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Kəmalə Elman qızı və Masallı rayon sakinləri, 1999-ci il təvəllüdlü Kərimova Rahibə Sadiq qızı və 1975-ci il təvəllüdlü Rəsulova Gülayə Bayraməli qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az