"Qayıdış" parkı sakinlərin istifadəsinə verilib. "Qayıdış" parkı sakinlərin istifadəsinə verilib.
  • Mahal
  • 19 Yanvar 2019 15:16
  •  1 373

Cocuq Mərcanlıda salınan yeni park istifadəyə verilib - VİDEO

"Qayıdış" parkı sakinlərin istifadəsinə verilib.

Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində inşa edilən "Qayıdış" parkı sakinlərin istifadəsinə verilib.

Kənddə aparılan quruculuq-abadlıq işlərinin növbəti mərhələsi kimi sahəsi 2 hektara yaxın olan yeni istirahət parkı salınıb.

Kənd məscidinin yaxınlığından yerləşən parkda hovuz, kafe, ekranlı səhnə, futbol meydançası, uşaqlar üçün meydança, dayanacaq və sanitar qovşaq inşa edilib.

Parkda yaşıllıqlar salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar, gül və çiçəklər əkilib, sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb.(report.az)

AzNews.az