Yaralıların şəxsiyyəti dəqiqləşdirilir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
  • Mahal
  • 25 Yanvar 2019 22:42
  •  1 602

Ucarda ağır yol qəzası: yaralananlar var

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Bakı-Qazax magistral yolunun 220-ci kilometrliyində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə magistral yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil Müsüslü kəndində yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Ucarda baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb. (report)

AzNews.az