Ağdaşda minik maşını traktorla toqquşdu: sürücü öldü

Yaralı xəstəxanaya çatdırılıb.

Ağdaş rayonun "qara bazar" adlanan ərazisində ağır yol qəzası baş verib.

“VAZ-21011” markalı minik maşını taraktorla toqquşub.

Hadisə nəticəsində "VAZ"ın yaşlı sürücüsü Həmid Azəri ağır xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, daxili qanaxma keçirən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az