Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
  • Mahal
  • 1 Mart 2019 20:22
  •  2 337

Ağcabədidə ağır yol qəzası: 2 ölü, 3 yaralı

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüblər. Digər avtomobildə olan üç nəfər Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az