• Mahal
  • 5 Mart 2019 22:44
  •  889

Bərdədə ev yandı

Siqaretin közünün divanın üstünə düşməsi evin alova bürünməsi ilə nəticələnib.

Bərdə rayonunda yaşayış evində yanğın baş verib.

Hadisə Dəymədağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Əliyevə məxsus yaşayış evində yanğına səbəb siqaretlə ehtiyatsız davranma olub. Belə ki, siqaretin közünün divanın üstünə düşməsi evin alova bürünməsi ilə nəticələnib.

Yanğına ilk olaraq ailə üzvləri müdaxilə etməyə çalışsalar da, alovun qarşısını ala bilməyiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülüb.

Qeyd edək ki, bu gün Bərdə rayonunda 27 yaşlı qadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb. (report)

AzNews.az