Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib. Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib.
  • Mahal
  • 12 Mart 2019 17:04
  •  3 717

Gəncədə “Forum Teatr” layihəsi keçirildi

Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib.

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Milli Teatr Günündə “Art Garden Ganja” ilə birlikdə ilk dəfə “Forum Teatr” layihəsi həyata keçirib.

AzNews.az xəbər verir ki, Gəncə şəhərində iki gün keçirilən təlimlərdən sonra həvəskar aktyorlar və könüllülər tərəfindən səhnələşdirilən əsas tamaşa baş tutub.

Təlimlər Zanura Xəlilova tərəfindən həyata keçirilib.

Qeyd edək ki, “Forum Teatr” ilk dəfə 1960-cı ildə Braziliyalı innovator və Teatr praktikantı Augusto Boal tərəfindən yaradılmışdır. Qısa tamaşalardan və ya improvizələrdən ibarət olan Forum Teatrda adətən sosial və cəmiyyətdə olan gündəlik problemlər səhnələşdirilir Sonda isə aktyor və izləyicilərlə birgə problemlərin həll yolları axtarılır və müzakirə olunur.

“Art Garden Ganja”nin təsəsçisi Murad Nəbiyevin və Mərkəzin Gəncə Regional Ofisinin direktoru Gülnar Məmmədovanın rəhbəri olduğu bu layihənin keçirilməsində əsas məqsəd Gəncədə gənclər arasında teatr mədəniyyətinin təbliği və canlandırılmasıdır.

Layihə çərçivəsində davamlı olaraq hər ay gənclər tərəfindən bu cür teatr tamaşalarının səhnələşdirilməsi planlaşdırılır.

AzNews.az

image description image description image description