Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib. Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.
  • Mahal
  • 18 Mart 2019 23:51
  •  1 901

Lənkəranda ev heyvanları yandı

Alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

Lənkəranda şəxsi evin həyətində yanğın baş verib.

Axşam saatlarında şəhərin Zərifə Əliyeva küçəsi dalan 2, ev 9 ünvanında yanğın baş verib.

1949-cu il təvəllüdlü Vəliyev Akif Yəhya oğluna məxsus yardımçı tikilinin yanar konstruksiyaları 5 kv.m sahədə yanıb və içərisində olan 10 toyuq, 5 ördək tələf olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qarşısı alınıb, alovun yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

Hadisə zamanı xəsarət alan olmasa da, 1958-ci il təvəllüdlü Vəliyeva Gülxanım Şirməmməd qızı baş verən yanğın hadisəsindən təsirlənib və halı pisləşib.

O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. (ona.az)

AzNews.az