Hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib. Hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib.
  • Mahal
  • 22 Mart 2019 10:07
  •  1 232

Goranboy sakini avtomobildə uşaq dünyaya gətirdi

Hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib.

Goranboy sakini avtomobildə uşaq dünyaya gətirib.

Hadisə Səmədabad-Goranboy avtomobil yolunda baş verib. 1990-cı il təvəllüdlü Səmədabad kənd sakini Fərqanə Fizuli qızı Ələkbərova doğuş sancıları səbəbi ilə təcili tibbi yardım çağırıb. Tibbi briqadanın gəlişini gözləmədən yaxınları hamilə qadını “VAZ 21015” markalı maşınla kənd yolundan avtomagistrala çıxarmaq istəyib. Gənc ana uşağı avtomobildə dünyaya gətirib.

Ana və yeni doğulmuş oğlu təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti normaldır. (ONA)