Ərazidə işləyən fəhlənin qəflətən səhhəti pisləşib. Ərazidə işləyən fəhlənin qəflətən səhhəti pisləşib.
  • Mahal
  • 24 Mart 2019 22:47
  •  1 880

Oğuzda tikintidə ölüm hadisəsi baş verib

Ərazidə işləyən fəhlənin qəflətən səhhəti pisləşib.

Oğuz rayonunda bədbəxt hadisə qeydə alınıb.

Hadisə bu gün Oğuz rayonu Qarabulaq kənd inzibati ərazisində aparılan tikinti sahəsində baş verib.

Ərizidə fəhlə işləyən, 1969-cu il təvəllüdlü Şirvan şəhər sakini Elçin Aydın oğlu Əliyevin səhəti qəfildən pisləşərək ölüb.

Elçin Əliyevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az