• Mahal
  • 22 Aprel 2019 11:02
  •  688

Sabirabadda yeni doğulan körpənin ölüm səbəbi açıqlandı

Körpə mərkəzə ölü gətirilib

Sabirabad Perinatal Mərkəzi yeni doğulmuş körpənin ölümünə aydınlıq gətirib.

Mərkəzdən AzNews.az-a verilən məlumata görə, Mürsəlova Nurdan Telman qızının yeni doğulan körpəsi xəstəxanaya ölü vəziyyətdə gətirilib:

“Hadisə bir neçə gün öncə baş verib. Körpə Mərkəzə İmişli rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşını ilə gətirilib. Körpə Mərkəzə gətiriləndə yolda ölüb. Həkimlər onun ölü olduğunu görüb və gəldiyi kimi də geri qaytarıb”.

Qeyd edək ki, aprelin 20-də İmişli rayonunda yeni doğulmuş körpə ölüb. Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə nəvəsinin həkim səhlənkarlığından dünyasını dəyişdiyini deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az