- Mahal
- 30 Aprel 2019 23:21
- 1 847
Gəncə-Daşkəsən yolunda qəza baş verdi - Yaralanan var

Yaralı xəstəxanaya yerləşdirilib.
Gəncə-Daşkəsən avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.
Hadisə avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 54 yaşlı Akif Əsgərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, həmin avtomobil yolunda dünən də avtomobil qəzası baş verib və 8 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır. (report)
AzNews.az