Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir
  • Mahal
  • 20 İyun 2019 08:59
  •  1 825

Bakı-Qazax yolunda 3 mikroavtobus qəzaya düşdü - yaralananlar var

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir

Bakı-Qazax yolunda baş vermiş iki ayrı qəza nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

Mikroavtobusla "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"da olan sərnişin - 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov xəsarət alıb.

İki mikroavtobusun toqquşması nəticəsində xəsarət alanalar isə 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir.

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, iki mikroavtobusun toqquşmasına onlardan birinin sürücüsünün avtobusu yol kənarında saxlayaraq, həmin yerdə baş vermiş birinci qəzaya baxması səbəb olub. Bu zaman arxadan gələn digər mikroavtobus ona çırpılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (Report)