Kürdə batan şəxsin meyiti tapıldı

Sabirabadda Kür çayında bir nəfər batıb

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.