Siyyarto: Aİ uğursuz sanksiya siyasətini unutmalıdır

Avropa Birliyinin (AB) sanksiya siyasəti uğursuz olub və unudulmalıdır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bunu Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl bildirib.

"Düşünürəm ki, Aİ-nin bütün sanksiya siyasəti uğursuzluqla nəticələnib. Artıq bunu unutmağın vaxtıdır",-deyə o bildirib.

Siyarto həmçinin Macarıstanın Rusiyaya qarşı 20-ci sanksiya paketini dəstəkləməyəcəyini və Kiyev Drujba boru kəmərini işə salana qədər Ukraynanın 90 milyard avroluq kreditini təsdiqləməyəcəyini qeyd edib.

Mövsüm,

AzNews.az