Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub
  • Mahal
  • 3 İyul 2019 10:31
  •  1 853

Vasif Talıbov 4 ailəyə ev bağışladı - FOTOLAR

Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib.

Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayev göstərilən qayğıya görə müharibə veteranları və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.(qafqazinfo.az)



AzNews.az