- Mahal
- 17 İyul 2019 16:15
- 1 586
Polis bu qızı axtarır - FOTO
Cəlilabad rayonunda gənc qız itkin düşüb
Rayonun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16 dekabr 2018-ci ildə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun əlamətləri- boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qaradır. Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.(report.az)
AzNews.az