Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar
  • Mahal
  • 14 Avqust 2019 11:16
  •  2 725

Kürdəmirdə "Nissan" beton dirəyə çırpıldı - yaralananlar var

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 172-ci kilometrliyində Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

"Nissan" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb.

Nəticədə Bakı şəhər sakinləri - 1974-ci il təvəllüdlü Könül Məhərrəm qızı Abdullayeva, 1955-ci il təvəllüdlü Güldəstə Aslan qızı Məhərəmova və 2010-cu il təvəllüdlü Zöhran Novruz oğlu Oruclu müxtəlif xəsarətlərlər alıblar.

Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. (APA)