Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
  • Mahal
  • 23 Avqust 2019 09:22
  •  2 192

Hacıqabulda mikroavtobus qəzasında yaralananların şəxsiyyəti məlum oldu - YENİLƏNİB

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Hacıqabul rayonunda yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Bunlar Yevlax rayon sakinləri - 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. (Report)

09.15

Yevlaxdan Bakıya gələn və Hacıqabulun Muğan qəsəbəsində "Mercedes" markalı mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə işi araşdıran polis əməkdaşları bildirib.

Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

07:46

Hacıqabul rayonunun Muğan qəsəbəsində mikroavtobus qəzaya uğrayıb.

Mil-Muğan qəsəbəsində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində 10-dan çox adam xəsarət alıb.

Hadisənin təfərrüatları araşdırılır. (APA)