- Mahal
- 31 Avqust 2019 09:00
- 4 362
Hacıqabulda qəza: 2 qardaş öldü - YENİLƏNİB

VAZ 2107 "KamAZ"a çırpılıb
Hacıqabulda baş vermiş yol qəzası nəticəsində ölənlərdən birinin şəxsiyyəti müəyyən edilib.
"VAZ 2107" markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş.
A.Qanbayev və onun sərnişin qismində olan qardaşı qəza nəticəsində yerindəcə keçinib.
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb. (APA)