• Qərb
  • 6 May 20:46
  •  2 084

Polşa daşıyıcıları mayın 12-də Ukrayna ilə sərhəddə yolu bağlayacaqlar

Polşalı daşıyıcılar mayın 12-dən Ukrayna ilə sərhəddə Polşanın Dorohuska kəndində nəzarət-buraxılış məntəqəsinə gedən yolu bağlamağa başlamağı planlaşdırır.

Bu barədə aksiyanın təşkilatçılarından biri Rafal Mekler məlumat verib.

O bildirib ki, etiraza səbəb Polşa şirkətlərini Avropa bazarından sıxışdıran Ukrayna daşıyıcılarının hərəkətləri olub.

"Ukrayna istiqamətində nəqliyyatla bağlı qərar qəbul etmək səlahiyyəti verilmiş Aİ rəsmiləri ilə çoxsaylı görüşlərdən sonra həmkarlarım və mən vəziyyəti öz əlimizə almaq qərarına gəldik", - Mekler X sosial şəbəkəsində (keçmiş Twitter) qeyd edib.

Mövsüm

Aznews.az