• Qərb
  • 6 May 21:22
  •  971

Macarıstan Avropanın Rusiya qazından imtinasına qarşıdır

Macarıstan Avropa Komissiyasının (AK) 2027-ci ilə qədər Rusiya qazını mərhələli şəkildə dayandırmaq planına qarşıdır.

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsselin yeni təşəbbüsünü şərh edərkən bildirib.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu cür hərəkətlər Avropa İttifaqı (Aİ) ölkələrinin suverenliyini pozur, çünki bu səbəbdən dövlətlər enerji resurslarının mənbəyini seçə bilməyəcəklər.

Siyartonun sözlərinə görə, bu tədbirlər Ukraynanın Aİ-yə sürətlə daxil olmasını dəstəkləməyə yönəlib . O hesab edir ki, digər ölkələr, o cümlədən Macarıstan bu qərarın əvəzini ödəməli olacaq.

"Biz bunu etməkdən imtina edirik. Biz Ukraynaya əsassız və ölçüyəgəlməz subsidiyaların bədəlini ödəməkdən imtina edirik. "Ukraynanın Avropa Birliyinə super sürətli qoşulmasının bədəlini ödəməyə hazır deyilik", - deyə Siyarto qeyd edib.

Mövsüm

Aznews.az