• Qərb
  • 6 May 22:15
  •  1 249

Media Almaniyanın yeni hökumətinin ilk iclasının vaxtını açıqlayıb

Almaniyanın yeni kansleri Fridrix Merz bu gün kabinetin ilk iclasını keçirəcək.

Bu barədə “Bild” qəzeti Federal Kanslerliyə istinadən məlumat yayıb.

"Kansler seçkilərinin ləngiməsinə baxmayaraq, kansler Fridrix Mersin rəhbərliyi altında Nazirlər Kabinetinin ilk iclasının bu gün axşam saatlarında keçirilməsi planlaşdırılır. Federal Kanslerdən verilən məlumata görə, təsis yığıncağı saat 22:00-a (Bakı vaxtı ilə 00:00 - Red.) təyin edilib", - nəşrin məlumatında deyilir.

Görüşün ilkin olaraq saat 18:00-da (Bakı vaxtı ilə 20:00) baş tutmalı olduğu, lakin səbəblər göstərilmədən vaxtın dəyişdirildiyi bildirilir.

Mövsüm

Aznews.az