- Dünyanın halı
- 6 May 21:39
- 1 009
Avstraliya ABŞ-nin rüsumları fonunda Çinlə ticarəti genişləndirməyə hazırlaşır

Avstraliya ABŞ-nin yeni tariflərinə cavab olaraq ixrac istiqamətlərini diversifikasiya etməyi və Çin və digər ölkələrlə ticarət əlaqələrini gücləndirməyi planlaşdırır.
Avstraliyanın xarici işlər naziri Penni Vonq bu barədə "ABC" radiosunda məlumat verib .
Son illərdə Kanberra və Pekin arasında təxminən 13 milyard dollar dəyərində ticarət maneələrinin aradan qaldırıldığını deyən Vonq, ölkənin digər bazarlara çıxışını genişləndirərkən Çin ilə əməkdaşlığı inkişaf etdirməyə davam etməyə sadiq olduğunu vurğulayıb.
Vonq həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın cari dövründəki tarif siyasətləri əvvəlkilərdən daha sərtdir və Avstraliyaya tətbiq edilən tariflər “ədalətsiz və əsassızdır”.
Mövsüm
Aznews.az