- Qərb
- 6 May 22:13
- 1 766
Ağ Ev Harvard Universitetinə qrant verilməsini dayandırıb

Trump administrasiyası Harvard Universitetinə məlumat verdi ki, məktəb öz siyasətlərini dəyişdirmək üçün tövsiyələrə əməl etməkdən imtina etdiyi üçün bundan sonra federal tədqiqat qrantları almayacaq.
Bu barədə "CBS News" telekanalı ölkənin təhsil naziri Linda Makmahonun universitetin prezidenti Alan Qarberə məktubuna istinadən məlumat verib.
Nazir bildirib ki, rəhbərlik prezident administrasiyasının tələblərini yerinə yetirməyincə və universitetə məsuliyyətli rəhbərlik nümayiş etdirməyincə, universitet dövlətdən maliyyə güzəştlərindən istifadə etməyəcək. ABŞ hakimiyyəti əmindir ki, ən qədim Amerika universiteti sistematik olaraq federal qanunları pozur.
MakMahon bildirib ki, məktəb antisemitizm və ayrı-seçkilik kimi məsələlərə məhəl qoymur, “akademik nizam-intizam”a riayət etməkdən imtina edir və “hüquqi vəzifələrini pozduğunu” nümayiş etdirir.
Mövsüm
Aznews.az