Faktla bağlı cinayət işi başlanıb Faktla bağlı cinayət işi başlanıb
  • Mahal
  • 18 Sentyabr 2019 23:00
  •  1 432

“Mercedes” “07” ilə toqquşdu - Ölən var

Faktla bağlı cinayət işi başlanıb

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Lənkəran Boradigah yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.(trend.az)

AzNews.az