Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 21 Sentyabr 2019 16:11
  •  1 478

57 yaşlı qadın dəm qazından zəhərləndi

Faktla bağlı araşdırma aparılır

Ağstafada dəm qazından zəhərlənmə olub.

Hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1962-ci il təvəlüdlü Məmmədova Rahilə Baloğlan qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az