• Mahal
  • 27 Sentyabr 2019 12:01
  •  755

Şamaxıda baş həkim işdən çıxarılıb? - Rəsmi

"İnformasiya həqiqətə uyğun deyil"

Xəbər verildiyi kimi, mediada Şamaxı Mərkəzi Rayon Xəstəxanasının baş həkim vəzifəsini icra edən Səməd Fətəliyevin tibbi heyətlə son toplantısını keçirərək vidalaşması barədə xəbərlər yayılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bu olaya münasibət bildirib.

Qurumdan AzNews.az-a bildiriliblər ki, Səməd Fətəliyev hazırda yenə də baş həkim vəzifəsini müvəqqəti yerinə yetirir: "İnformasiya həqiqətə uyğun deyil".

AzNews.az