Elşən Abdullayevə lazımi tibbi yardım göstərilib Elşən Abdullayevə lazımi tibbi yardım göstərilib
  • Mahal
  • 14 Oktyabr 2019 21:14
  •  3 132

31 yaşlı kişi göbələkdən zəhərləndi

Elşən Abdullayevə lazımi tibbi yardım göstərilib

Bu gün axşam saatlarında Zaqatala rayonunun Axaxdərə kənd sakini, 1988-ci il təvəllüdlü Elşən İbrahim oğlu Abdullayev zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinə daxil olub.

Müayinə zamanı E.Abdullayevin yaşadığı kəndin yaxınlığında dağlıq-meşəlik ərazidə göbələk yediyi məlum olub.

E. Abdullayev yaşadığı evə qayıtdıqdan bir qədər sonra onda zəhərlənmə əlamətləri büruzə verib.

E.Abdullayevə lazımi tibbi yardım göstərilib, onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.(apa.az)

AzNews.az