- Mahal
- 17 Oktyabr 2019 18:06
- 2 129
Şəkidə biabırçı olay - 16 yaşlı qız...
Faktla bağlı şöbədə araşdırmalara başlanılıb
Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.
Fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.
Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.(trend.az)
AzNews.az