Sakinlərə heç bir ziyan dəyməyib Sakinlərə heç bir ziyan dəyməyib
  • Mahal
  • 3 Noyabr 2019 16:52
  •  2 180

Qubaya canavar sürüsü hücum edib

Sakinlərə heç bir ziyan dəyməyib

Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.

Kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər. (Report)

AzNews.az