Binanın qalan hissəsi yanğından mühafizə olunub Binanın qalan hissəsi yanğından mühafizə olunub
  • Mahal
  • 11 Dekabr 2019 12:36
  •  2 810

Yevlaxda xəstəxanada yanğın: xəstələr təxliyə edildi

Binanın qalan hissəsi yanğından mühafizə olunub

Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

FHN-dən verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az