Şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər Şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər
  • Mahal
  • 30 Dekabr 2019 18:22
  •  4 711

Bölgələrdə yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırıldı - FOTOLAR

Şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bölgələrində yaşayan uşaqlara Yeni il hədiyyələri çatdırılıb.

Azərbaycanın sevimli milli nağıl qəhrəmanı "Cırtdan" şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə bayram sovqatları paylayıb.

Eyni zamanda şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindiriblər.

Qeyd edək ki, Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

AzNews.az

image description image description image description image description image description image description