Bu il məhsul yığımı zamanı xüsusi artım gözlənilir Bu il məhsul yığımı zamanı xüsusi artım gözlənilir
  • Mahal
  • 18 Aprel 2020 16:23
  •  9 851

İsmayıllının icra başçısı əkin yerlərində gedən işləri xüsusi nəzarətinə aldı

Bu il məhsul yığımı zamanı xüsusi artım gözlənilir

İsmayıllının icra başçısı əkin yerlərində gedən işləri xüsusi nəzarətinə aldı
İsmayıllı Rayon İcra Hakimiyyətinin (İRİH) başçısı Nahid Bağırov rayonun müxtəlif ərazilərində gedən əkin işləri ilə tanış olub, aqronom və sahibkarların qayğıları ilə maraqlanıb.

O, əvvəlcə İsmayıllı şəhərinin Mican adlı ərazisində 170 hektarlıq sahədə kartof əkinini müşahidə edib. Rayon rəhbəri iş icraçılarını və sahibkarı dinləyib. Aqronom Tural Cəbiyev məlumat verib ki, sahənin 30 hektarlıq hissəsində Avropadan gətirilmiş elit, digər hissəsində isə yerli sort toxum əkilib. Yay aylarında 45-50 sentiner məhsul əldə etmək nəzərdə tutulur. Hazırda təsərrüfatda 45 nəfər çalışır, kartof mövsümünün sonuna qədər işçilərin sayının 130-a çatdırılması nəzərdə tutulur. Qeyd olunub ki, əkin sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağıdır, mülkiyyət hüququ Mican sakinlərinə məxsusdur və icarə əsasında istifadə olunur. N.Bağırov pay torpaqlarının bu cür səmərəli istifadəsini təqdirəlayiq hesab edib və bildirib ki, bu, yerli əhalidə sahibkarlığın yanlız təsərrüfat deyil, icarə əsaslı növünü də formalaşdıra bilir. O, Micanda əkinçiliyin digər növlərinin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Mollaisaqlı kəndinə də baş çəkən İRİH-nin başçısı burada taxıl zəmilərində azot və herbisidin səpilməsinin şahidi olub. İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev məlumat verib ki, bu il kənd sakinləri taxılçılığa daha çox üstünlük versələr də, kənddə üzümçülük və arıçılıq da geniş inkişaf etdirilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron kartlar vasitəsi subsidiyalar almış əhali təsərrüfat üçün lazım olan vəsaitlər əldə ediblər. Ona görə də, bu il məhsul yığımı zamanı xüsusi artım gözlənilir.

Mollaisaqlı sakini Əvəz Kərimov əlavə edib ki, 740 hektarlıq sahədə taxıl əkininə təcrübəli aqranom qismində cəlb olunub. Ərazinin 500 hektarlıq hissəsinə buğda, digərinə isə arpa səpilib. Bu işlər aqrotexniki qaydalara tam əməl olunaraq həyata keçirilib. Toxumlar yerli və Rusiya növlərindən ibarətdir. N.Bağırov taxılçılıq üzrə görülən işləri qənaətbəxş hesab edib, suvarmada mövcud çatışmazlıqları aradan qaldırmağın zəruriliyini diqqətə çatdırdı.

#Azerbaycan #ismayilli #İvanovka #Basqal #koronavirus #dezinfeksiya #COVID19 #CoronaVirus #İsmayıllı #Azərbaycan #Evdəqal #bizbirlikdəgüclüyük #Kürdmaşı

AzNews.az