İcra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir İcra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir
  • Mahal
  • 5 May 2020 14:10
  •  4 363

İmişlidə icra başçısından başqa kimlər saxlanılıb? – SİYAHI

İcra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir

Bu gün DTX tərəfindən İmişli Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı rayon icra başçısı Vilyam Hacıyevlə yanaşı, bir neçə vəzifəli şəxs də saxlanılıb.

AzNews.az “BakuPost”a istinadən xəbər verir ki, saxlanılanlar arasında icra başçısının birinci müavini Səfa Ağayev, Başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseyn İbrahimov, digər müavin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova, başçının köməkçisi Elman Qəhrəmanov, Hüquq Şöbəsinin müdiri Rahim Zaidov, rayonun maliyyə şöbəsinin və bir neçə digər idarələrin müdirləri saxlanılıb. Bu şəxslərin hansının şübhəli şəxs qismində Bakıya gətirliməsi dəqiq bilinmir. Hazırda onların ifadələri alınır. Bundan əlavə, icra başçısının qanunsuz əməllərindən zərərçəkən şəxslər dindirilir.