Yolun uzunluğu 11.5 km-dir Yolun uzunluğu 11.5 km-dir
  • Mahal
  • 4 Sentyabr 2020 10:30
  •  4 856

Hacıqabul-Muğan yolunda yenidənqurma işləri başa çatıb

Yolun uzunluğu 11.5 km-dir

Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

Qeyd edilən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edib. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunub.

image description image description image description